ABŞ-ın keçmiş prezidenti Donald Tramp Florida ştatının Cənub dairəsi üzrə federal məhkəməyə müraciət edərək, keçmiş vəkili Maykl Kohendən fidusiar öhdəliklərin pozulmasına, habelə qanunsuz varlanmaya görə 500 milyon dollar tələb edib. Bu barədə TASS məhkəmənin bazasına istinadən xəbər verir.
Sənəddə deyilir: "İddiaçı məhkəmədən <...> xərclərin ödənilməsini tələb edir, onun məbləği məhkəmə araşdırması zamanı müəyyən ediləcək, lakin gözlənildiyi kimi, 500 milyon dollar məbləğini xeyli keçəcək".
Qeyd olunur ki, Amerikanın keçmiş lideri Koeni onun haqqında məxfi məlumatları açıqlamaqda və şəxsi məqsədlər üçün Trampı ləkələyən məlumatları yaymaqda ittiham edib. Həmçinin, keçmiş prezidentin sözlərinə görə, vəkil xərclərin məbləğini çox qiymətləndirib.
Bundan əvvəl ABŞ-ın keçmiş prezidenti Fox News-un jurnalisti Taker Karlsona müsahibəsində biznes sənədlərini saxtalaşdırmaqda təqsirli bilinsə belə, prezidentliyə namizədliyini irəli sürəcəyini bildirmişdi.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.