Sahibkarlar üçün Azərbaycanda analoqu olmayan şərait yaradılmışdır. Həm dövlət dəstəyi, maliyyə dəstəyi, texniki və intellektual dəstək göstərilir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti.Məqaləmə əbəs yerə cənab İlham Əliyevin sahibkarlara dəstək sözləri ilə başlamadım. Sahibkarlara dəstəkdən danışarkən bütün dünyada COVİD-19 pandemiyası tüğyan edərkən Prezident İlham Əliyevin “COVID-19 pandemiyasının makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamını da xatırladım, çünki o vaxt ölkəmizdəki bütün iş adamlarının və sahibkarların rəğbətinə səbəb olmuşdu.
Prezidentin sahibkarlara dəstək məqsədilə imzaladığı fərmanların sayını uzada da bilərəm. Fəqət, sahibkarlara yaradılan əlverişli şərait, investorların ölkəmizə dəvət edildiyi bir dönəmdə iribuynuzlu məmurların adının, kölgəsinin adı altlnda baş verən ürəkbulandıran hadisələr bəzən bizdən asılı olmayan səbəblərdən sahibkarlara yaradılan şəraiti yox, əksini diktə edir. Eynilə “6-cı Mərtəbə” Müstəqil Şirkətinin sahibkarların başına açdığı oyun kimi...
“Şərq Bazarı” kompleksi bərpa və yenidənqurma layihəsində iştirak etmiş “MV Group” MMC, “MECC” MMC və “İdea Yapı” MMC “6-cı Mərtəbə” Müstəqil Şirkətindən, qanun təmsilçisi Yunis Nəbiyevdən və şirkətin sahibi olduğu iddia edilən Atəş Təhməzovdan şikayətçidirlər.
Şikayətçilər bu gün mətbuat konfransı keçirirək “6-cı Mərtəbə” Müstəqil Şirkətinin onlara borclu olduğunu bildiriblər.
Azadmedia az xəbər verir ki, şikayətçi şirkətlərin rəhbər şəxsləri deyiblər ki, “6-cı Mərtəbə” Müstəqil Şirkətinin “Şərq Bazarı” layihəsinin icrasını gecikdirməsi və avansın vaxtında ödəməməsi nəticəsində xərcləri artsa da, şirkət onlara dəymiş zərəri və müqavilədə göstərilən məbləği ödəmir.
“Şərq Bazarı” kompleksi bərpa və yenidənqurma layihəsində sifarişçi, baş podratçı və podratçılar olub. Metal konstruksiya işini görən başqa podratçı olub. Biz bu layihədə inşaat, gücləndirmə, təmir-bərpa, mexanik-elektrik və dam işlərinin podratçısı olan “6-cı Mərtəbə” Müstəqil Şirkətinin subpodratçılarıyıq.
“Şərq bazarı”nın açılışından 11 ay keçib. Dəfərlə rəsmi və qeyri-rəsmi formalarda müraciət etməyimizə baxmayaraq, bizə borcunu və dəəymiş zərəri ödəmir. Odur ki, Şirkətlərin bəziləri Mediasiya Şurasına, bəziləri məhkəməyə müraciət edib”, -deyə bunu “MV Group” MMC-nin layihə rəhbəri Fatih Turan bildirib.
O qeyd edib ki, “Şərq Bazarı” layihəsi üzrə nəzərdə tutulan işlərin icrasında gecikmələr yaranıb: “Gecikmələrə səbəb metal konstruksiya işini görən podratçı ilə digər podratçı şirkət, yəni “6-cı Mərtəbə” şirkəti olub. Müqavilədə nəzərdə tutulan işi icrası 9 ay gecikdirilib. İş olmasa da, “6-cı Mərtəbə” bizdən, yəni subpodratçı şirkətlərdən işçilərin daim inşaat ərazisində olmasını tələb edib. Yəni mütəxəssislər və fəhlələr görməsə də, biz onlara maaş ödəmişik, yemək xərclərini qarşılamışıq.
Pandemiya səbəbilə 9 ay ərzində malların qiyməti bahalaşdı. “Şərq bazar”ının açılışına az qalmış bizdən gücləndirilmiş iş rejimində işləməyi tələb etdilər, işçilərin sayı artırıldı və onlar 24 saat ərzində işlədilər. Təsəvvür edin, 70 işçilə çalışan bizlər 250 nəfəri işə aldıq. Özüm şəxsən 20 günlərlə bazar istirahəti olmadan çalışdım. Açılışa cənab Prezident və Birinci xanım gələcəkdi, iş deyilən vaxta təhvil verilməli idi. Bizə demişdilər ki dəymiş zərər ödəniləcək. Bazarın açılışı olandan sonra bizə dəymiş zərəri unutdular. Bu hal bizə maddi ziyan vurmaqla yanaşı işgüzar nüfuzumuza da zərər vurub. Materiallar götürdüyümüz şirkətlərə ödəniş edə bilmədiyimiz üçün imicimizə zərər dəyib. Hətta bəzi şirkətlər bizi məhkəməyə veriblər. Bizə dəyən zərər ödənilsə, biz də borcumuzu ödəyərik”.
“MECC” MMC-nin direktor köməkçisi Salman Salmanzadə bildirib ki, onların da “Şərq Bazarı” layihəsi üçün aldıqları inşaat mallarına görə daxili və xarici bazara böyük məbləğdə borcları yaranıb: “Bizə veriləcək ödənişlərıdə gecikmələr olduğu üçün layihənin icrası üçün banklardan kredit götürdük. “6-cı Mərtəbə” şirkəti bizə ödəniş etmədiyi üçün kreditin faziləri artıb”.
S.Salmanzadə “6-cı Mərtəbə” şirkətinin “MECC” MMC-yə borcunu açıqlayıb: “Bizə müqavilə üzrə 138 min 891 manat, əlavə görülmüş işlər görə isə 43 min 533 manat borcu var. Həmçinin, işin yubadılmasına görə şirkətimizə 215 min 727 manat, işin yubadıldığı 8 ay ərzində bazarda yaranan qiymət artımı nəticəsində isə şirkətimizə 190 min manat zərər dəyib.
İkinci müqavilə üzrə görülmüş işlərə görə “6-cı Mərtəbə” Müstəqil Şirkətinin “MECC” MMC-yə 642 min 709 manat borcu var. Ödənişlər zamanında edilmədiyi üçün bankdan kredit götürüb layihə üzrə öhdəliyimizə əsasən işimizi davam etdirdik. Şirkət bizə olan borcu ödəmədiyi üçün bizim banklara olan borcumuzun kredit faizi 50 min manatdan çox artdı. İki müqavilə üzrə yekun borc 1 milyon 429 mindən çoxdur”.
“İdea Yapı” MMC-nin direktor köməkçisi Hüseyn Dəmircan bildirib ki, “6-cı mərtbə” şirkətilə təmsilçisi olduğu şirkət arasında 05.11.2020-ci il tarixində 2 milyon 702 min 689 manat dəyərində müqavilə bağlanıb: “10 ay ərzində avans ödəmələri edilməyib, təsdiq edilmiş layihə sifarişçi tərəfindən yenilənib, inşaat sahəsində işlərin görülməsi gecikdirilib.
Gecikmə nəticəsində malların qiymətləri artıb, layihənin yenidən işlənməsi ilə əlaqədar gözlənilən zamanda işçiləri əmək haqqı və yemək xərcləri, gücləndirilmiş iş şərtlərinə görə işçilərin xərcləri qarşılanmır. Gecikmələrə görə ödənişləri ödəməkdən imtina edir.
“6-cı mərtbə” şirkəti müqavilə şərtlərini vaxtında yerinə yetirilmədiyi üçün “İdeya Yapı” MMC-yə 1 milyon 278 min 929 manat dəyərində zərər dəyib”.
Şikayətçilər onlara dəymiş zərərin ödənilməsi üçün müvafiq qurumlara müraciət etdikləri və məhkəmədə iddia qaldıracaqlarını bildiriblər.
"Dəfələrlə Atəş Təhməzovla görüşüb borcun və bizə dəymiş zərərin qaytarılmasını tələb etmişik. 11 ay öncə bazar təhvil verilsə də, bizə hələ də ödəniş edilməyib. 11 aydı bazar istifadəyə verilib, vətəndaşlar orda alış-veriş, istirahət edir, buz hələ də vəd olunan pulu ala bilməmişik...
Atəş Təhməzovun fotosu
Pozulmuş hüquqlarımızın bərpası üçün öncə Mediasiya Şurasına müraciət etdik. Qarşı tərəf bu təşkilatın sorğularına cavab vermədi, görüşə gəlmədi. Mediasiya Şurası da bizə məhkəməyə müraciət etmək hüququmuzu xatırlatdı. Biz də müraciət edəcəyik və problemi mütəmadi olaraq mediada ictimailəşdirəcəyik”, - deyə “MV Group” MMC-nin layihə rəhbəri Fatih Turan bildirib.
İş adamları deyib ki, problemlə əlaqədar ölkə rəhbərliyinə, eyni zamanda məhkəməyə müraciət etmək niyyətindədirlər. Onlar 30 görüş keçirib kompromisə gəlmək istəsə də, qarşı tərəfdən "gedin nə bilirsiz edin, dəvədən böyük fil var, fildən böyük əjdaha var", - cavablnı alıblar...
Mən media nümayəndəsi olaraq mətbuat konfransında zərərçəkmişlərə hüquqi dövlətdə yaşadığımızı, əlaqədar orqanların mütləq məsələyə reaksiya verəcəyini, mövzu türk qardaşlarımızdırsa, məsələyə daha həssas yanaşılacağını bildirdim.
Qeyd edək ki, “6-cı Mərtəbə” Müstəqil Şirkətinin ona məxsus olduğunu bildirilən Atəş Təhməzovun Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzlinin və Mənzil İnşaatı Dövlət Agentliyi yanında MİDA MMC-nin direktoru Fərhad Təhməzovun qardaşı olduğu iddia edilir. Fərhad Təhməzli "6-cı mərtəbə" və Hünər İnşaatın təsisçilərindən biridir.
“6-cı mərtəbə” MMC 9 may 1994-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 AZN-dir. Şikrətin qanuni təmsilçisi Nəbiyev Yunis Nəbi oğludur.
Açıq mənbələrdə Yunis Nəbiyev barəsində hər hansı məlumat yoxdur.
İddialarla bağlı “6-cı Mərtəbə” Müstəqil Şirkətinin açıqlamasını dərc etməyə hazırıq. Elnurə Abuşova