Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin və BƏƏ-nin Moskvadakı səfiri Məhəmməd Əhməd Əl Cabir taxıl müqaviləsi ilə bağlı məsələləri müzakirə ediblər. Azadmedia.az TASSa istinadla xəbər verir ki, bu barədə cümə axşamı Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Ukrayna ərzaqlarının ixracı üzrə Qara dəniz təşəbbüsü və yerli kənd təsərrüfatı ixracının normallaşdırılmasına dair Rusiya-BMT memorandumu ilə bağlı bir sıra məsələlər qaldırılıb", - Rusiya diplomatik agentliyi çərşənbə günü görüşün yekunlarına dair açıqlamasında bildirib.
Bundan əlavə, tərəflər Rusiyanın Təhlükəsizlik Şurasına sədrliyini nəzərə alaraq, Moskva və Əbu-Dabi arasında BMT-də əməkdaşlığın aktual məsələlərini müzakirə ediblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.