AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Abonentlərin uçotunun dəqiqləşdirilməsi (inventarizasiyası) işi aparılır

  • + A
  • - A
  • 14-04-2023, 11:44

    Abonentlərin uçotunun dəqiqləşdirilməsi (inventarizasiyası) işi aparılır

    “Azəristiliktəchizat” ASC tərəfindən istiliklə təmin edilən əhali və qeyri-əhali istehlakçı qrupuna aid olan abonentlər barədə məlumatların, həmçinin isidilən sahə və həcmlərin dəqiqləşdirilməsi məqsədi ilə Şirkətin əməkdaşları tərəfindən istehlakçıların inventarizasiyasının aparılmaqdadır. İnventarizasiyanın aparılması işlərinə Şirkətin peşəkar işçiləri cəlb edilmiş və müvafiq qaydada təlimatlandırılmış, Şirkətdə işləmələrini təsdiq edən vəsiqələrlə təmin edilmişdir.
    Prosesə Bakı şəhərində 21 İstilik Sistemləri İstismar Sahəsi, digər şəhər və rayonlarda 46 İstilik Sistemləri İstismar Sahələrinin əməkdaşları cəlb olunub.
    Qyrumdan Azadnedia.az-a verilən məlumata görə ilkin mərhələdə layihəyə Hövsan qəsəbəsini əhatə edən İSİS 12-nin ərazisində pilot olaraq başlanılıb. Qəsəbədən əldə olunan təcrübə və çətinliklər əsasında digər şəhər və rayonlarda prosesə 2022-ci ilin dekabr ayından start verilmişdir. Hazırda Bakı şəhəri üzrə abonentlərin uçotunun dəqiqləşdirilməsi 56,13 faizi, regionlar üzrə isə 69,04 faiz, respublika üzrə cəmi 57,46 faiz yekunlaşmışdır. İEM üzrə yekunlaşma faiz dərəcəsi 48,20 faiz təşkil edir.
    Layihə “Azəristiliktəchizat” ASC-nin Bakı şəhəri və respublikanın regionlarında balansında olan 3872 yaşayış binasını əhatə edən 184,5 minə yaxın mənzil, 2851 büdcədən maliyyələşən və ya sosial və digər təyinatlı təsərrüfat obyektlərini əhatə etməkdədir.
    Vətəndaşlarımıza müraciət edərək mənzillərdə isidilən sahə və həcmlərin dəqiqləşdirilməsi aparılarkən Şirkətin əməkdaşlarına müvafiq şəraitin yaradılmasını xahiş edirik.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR