Aprelin 15-də Dövlət Turizm Agentliyi, Dövlət Məşğulluq Agentliyi və Peşə Təhsili üzrə Dövlət Agentliyinin dəstəyi ilə Azərbaycan Hotel Assosiasiyası tərəfindən qonaqpərvərlik sahəsində iş axtaran tələbə və məzunlar üçün karyera günü təşkil edilib.
Karyera günündə Azərbaycan Hotel Assosiasiyasına üzv olan 46 hotel vakansiya və təcrübə proqramları ilə iştirak edib.
Tədbirdə çıxış edən Dövlət Turizm Agentliyinin sədrinin müavini Azadə Hüseynova qurumun tabeliyində olan təhsil müəssisələrində turizm sahəsi ilə bağlı 15-dən çox ixtisasın tədris edildiyini, əsas məqsədin məzunların milli və beynəlxalq əmək bazarında rəqabətqabiliyyətli olması, turizm sahəsi üzrə diplomların dəyərinin arıtırılmasına nail olmaqdan ibarət olduğunu qeyd edib.
Azadə Hüseynova təqdim olunan vakansiya və təcrübə proqramlarının iş axtaran gənclər üçün faydalı olacağına inandığını və tədbirin turizm sektorunda savadlı və bacarıqlı kadrların sayının artmasına öz töhfəsini verəcəyini bildirib.
Karyera gününə ümumilikdə 21 universitetin və peşə pəktəblərinin tələbə və məzunları qatılıbar.
Həmçinin tədbir çərçivəsində qonaqpərvərlik üzrə master-klaslar təşkil olunub. Azərbaycan Hotel Assosiasiyasına üzv olan hotellərin təmsilçiləri tərəfindən hotel şöbələri və vəzifələri, işçi iyerarxiyasına virtual tur, qonaqpərvərliyin əsaslarına ilkin giriş, qonaq xidməti sənəti, gənc aşpazlara tövsiyələr və peşə sirləri, həmçinin uğurlu CV təklifləri kimi mövzularda təqdimatlar keçirilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.