AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyyəsi xeyli artıb

  • + A
  • - A
  • 17-04-2023, 12:29

    Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyyəsi xeyli artıb

    Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2022-ci ildə Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi 2021-ci illə müqayisədə 4,4 dəfə artaraq 598,5 milyon dollara çatıb. Ötən il Azərbaycanın Qazaxıstana ixracı 104 milyon dollar, Qazaxıstanın Azərbaycana ixracı isə 494,4 milyon dollar təşkil edib.

    Qazaxıstan Azərbaycanın qeyri-neft məhsullarının əsas idxalçılarından biridir. 2022-ci ilin sonunda Azərbaycandan Qazaxıstana qeyri-neft ixracı 2021-ci illə müqayisədə 2,6 dəfə artaraq 102,7 milyon dollar təşkil edib.

    Qeyd edək ki, aprelin 10-da Astanada Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevlə görüşündə dövlət başçıları iki ölkə arasında ticarət dövriyyəsinin 1 dollara çatdırılması üçün imkanların mövcudluğunu vurğulayıblar.

    İstifadə edilməmiş potensial

    Bu gün iki ölkə əməkdaşlığın qurulması potensialından az istifadə edir. Qazaxıstanla Azərbaycan arasında ticarət dövriyyəsi bir neçə milyard dollara çata bilər. Bundan əlavə, turizm, balıqçılıq, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın inkişafı üçün imkanlar var.

    Azərbaycan Qazaxıstan buğdasının idxalını artırıb

    Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ildə Azərbaycan Qazaxıstandan 280 min ton buğda idxal edib ki, bu da 2021-ci illə müqayisədə 5,3 dəfə çoxdur. Bu dövrdə idxalın həcmi 95,8 milyon dollar təşkil edib.Beləliklə, bir ton Qazaxıstan buğdası Azərbaycana orta hesabla 342 dollara başa gəlib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR