AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ABŞ-dan dollara rəqib məsələsinə aydınlıq

  • + A
  • - A
  • 17-04-2023, 12:36


    ABŞ-dan dollara rəqib məsələsinə  aydınlıq

    ABŞ-ın maliyyə naziri Canet Yellen CNN telekanalına müsahibəsində deyib ki, ABŞ dolları dünya valyutası kimi rəqib görmür, lakin ondan sanksiyalarda istifadənin risklərinin fərqindədir.

    “Biz dolların rolu ilə bağlı maliyyə sanksiyalarından istifadə etdikdə risk var... Zaman keçdikcə onlar dolların hegemonluğunu sarsıda bilər... Çin, Rusiya, İran alternativ tapmaq istəyir, lakin dollar digər ölkələr üçün asan olmayan səbəblərə görə dünya valyutası kimi istifadə olunur... Biz öz valyutasının bu rolu öz üzərinə götürməsinə imkan verəcək əsas və institusional infrastruktura malik ölkə görmürük”, - Yellen qeyd edib.

    Bir gün əvvəl dövlətlərarası hesablaşmalarda dollardan imtina etmək və milli valyutalara keçmək imkanlarını müzakirə etməyə başlayan dövlətlərin adı açıqlanıb. Belə ölkələr arasında Braziliya, BƏƏ, İraq, Hindistan var.

    Azadmedia.az xəbər verir ki, Bloomberg-in köşə yazarı Tayler Kovan da öz növbəsində qeyd edib ki, dollar öz rahatlığına görə hegemonluğunu qoruyub saxlamalıdır. Köşə yazarının fikrincə, Amerika valyutası Çin telefonları və ya Yapon avtomobilləri qədər ixrac əmtəəsidir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR