AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan və ŞƏT əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə edib (foto)

  • + A
  • - A
  • 17-04-2023, 13:30

    Azərbaycan və ŞƏT əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə edib (foto)

    Çində səfərdə olan Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərovun rəhbərlik etdiyi nümayəndə heyəti Pekində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) baş katibi Çjan Minq ilə görüşüb.

    Baş katib Çjan Minq Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatının dialoq tərəfdaşı kimi fəal rolunu vurğulayaraq, Azərbaycanın təşkilat çərçivəsində keçirilən tədbirlərdə fəal iştirakını yüksək qiymətləndirib.

    Azərbaycan Prezidenti İlham Əliyevin ötən ilin sentyabrında Özbəkistanın Səmərqənd şəhərində keçirilən ŞƏT sammitində iştirakını vurğulayan Canq Minq təşkilatla Azərbaycan arasında səmərəli əməkdaşlıqdan danışıb. Baş katib Heydər Əliyev Fondunun ŞƏT tədbirlərində fəal iştirakının tərəflərin əməkdaşlığını gücləndirdiyini qeyd edərək, təşəbbüslə ŞƏT Katibliyində keçirilən bir sıra mühüm tədbirlərlə Azərbaycanın mədəni-humanitar potensialının nümayiş etdirildiyini vurğulayıb.
    Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələrə böyük önəm verdiyini vurğulayıb, müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi perspektivlərindən danışıb. Ələkbərov bildirib ki, Azərbaycan ŞƏT-in dialoq üzrə tərəfdaşı statusunu aldıqdan sonra Heydər Əliyev Fondu təşkilatın katibliyi ilə sıx əməkdaşlıq edərək bir sıra tədbirlər həyata keçirib.
    Görüşdə Heydər Əliyev Fondu ilə Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Cəmiyyəti arasında gələcək əməkdaşlıq məsələləri müzakirə olunub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR