Aprelin 18-də Salyan regional “ASAN xidmət” mərkəzi istifadəyə verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərkəzin açılışında iştirak edib.
Hazırda 25 “ASAN xidmət” mərkəzi mövcuddur. Onlardan 7-si paytaxt Bakıda, digər 18-i isə regional mərkəzlər olmaqla Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Quba, Masallı, Mingəçevir, İmişli, Şəki, Şamaxı, Kürdəmir, Tovuz, Ağcabədi, Balakən və Salyandadır.
“ASAN xidmət” mərkəzlərinin fəaliyyəti ilə bağlı ətraflı məlumatı 108 “Çağrı” mərkəzinə zəng etməklə və ya
www.asan.gov.az saytından əldə etmək olar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.