Çin, İran və Türkiyədən olan şirkətlər Rusiyada biznes almağı düşünür və burada yerli istehsalı inkişaf etdirməyə hazırdırlar. Azadmedia.az RİA-Novosti-yə istinadla bildirir ki, bu barədə McKinsey-in keçmiş Rusiya bölməsinin tərəfdaşı, Yakov və Partners konsaltinq şirkətinin rəhbəri Yakov Sergienko müsahibəsində bildirib.
“Ümumiyyətlə, Çin, İran, Türkiyə və digər ölkələrin şirkətləri Rusiyada işləmək istəyir və biznes almağı düşünürlər”, - Serqienko bildirib.
Onun sözlərinə görə, Çin şirkətləri maşınların və digər istehsal elementlərinin dəyişdirilməsi baxımından Rusiyanın dağ-mədən sənayesi ilə qarşılıqlı əlaqələrin artırılmasına baxır.
"Avtomobil sənayesində, aviasiya sənayesində böyük potensial var. Burada çinli həmkarlar hazırdır və artıq yerli istehsalı fəal şəkildə inkişaf etdirirlər", - o əlavə edib.
Mənbə bildirib ki, Rusiya müəssisələri də öz tədarüklərini digər ölkələrə şaxələndirmək üçün imkanlar axtarırlar. Ekspertlər ikitərəfli investisiyalar üçün yaxşı potensial görürlər, xüsusən də Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərində.
Eyni zamanda, oxşar tendensiyalar Hindistanda da müşahidə olunur, Sergienko qeyd edib. O, əmin olduğunu bildirib ki, hər iki ölkə ticarət-iqtisadi əlaqələrin inkişafından açıq şəkildə faydalanacaq və ekspert hesab edir ki, Rusiya biznesi nəhayət, bu bazarı ciddi qəbul etməyə başlayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.