Toyota-nın yeni prezidenti Koji Sato avtomobillərin elektrikləşdirilməsi istiqamətində aqressiv “növbə”yə başlayacağına söz verib. Azadmedia.az xəbər verir ki, məlumatı JapanToday nəşri yayıb.
Beləliklə, Sato təsdiq etdi ki, avtomobil istehsalçısı rəqibləri ilə müqayisədə elektriklə işləyən avtomobillərin faktiki satış həcminə görə geri qalır.
“Biz Toyota-nı alqışlayan insanları görməyi sevirik”, - deyən korporasiyanın prezidenti elektromobil sənayesindəki “yarış”ı müzakirə edərkən satışların aşağı olmasına baxmayaraq, Toyota hibrid avtomobillərin istehsalında lider olmasını qeyd edib. Prezident istehlak bazarı ilə bağlı problemlərə xüsusi diqqət yetirib.
Onun sözlərinə görə, Toyota və ya Lexus emblemlərinə uyğun gələn keyfiyyətli elektrik avtomobilləri istehsal etmək üçün şirkətin bütün istehsal sistemi təkmilləşdirilməlidir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.