AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Hindistan Rusiyadan aldığı neftin ödənişində gecikmələr olduğunu bildirdi

  • + A
  • - A
  • 24-04-2023, 15:47


    Hindistan Rusiyadan aldığı neftin ödənişində gecikmələr olduğunu bildirdi

    Hindistanın neft naziri Pankaj Jain bildirib ki, Hindistan şirkətləri bəzən Qərb ölkələrinin müəyyən etdiyi barrel üçün 60 dollardan yuxarı qiymətə Rusiyadan aldığı neftin ödənişində gecikmələrlə üzləşirlər. Azadmedia.az xəbər verir ki, b barədə “The Economic Times” məlumat yayıb.

    Jainin sözlərinə görə, Hindistan şirkətlərinin Rusiya neftini tavandan yüksək qiymətə almasına heç kim mane olmur. Qiymətin limitdən yuxarı olması halında şirkətlər özləri alternativ hesablaşma variantları tapırlar.

    Eyni zamanda, nazir qeyd edib ki, Rusiyadan Hindistana neft tədarükünün böyük hissəsi 60 dollardan aşağı qiymətə həyata keçirilir.

    Bundan əvvəl Hindistanın maliyyə naziri Nirmala Sitaraman ölkəsinin Rusiyadan xam nefti G7 həddinə yaxın və ya ondan yuxarı qiymətə almaq imkanını araşdıracağını bildirib.

    Avropa İttifaqı, G7 və Avstraliya ölkələri tərəfindən qəbul edilən Rusiyadan neft tədarükü üçün qiymət tavanının tətbiqi ilə bağlı qərar 2022-ci il dekabrın 5-də qüvvəyə minib. Qiymət tavanı 60 dollar/barel səviyyəsində müəyyən edilib, yanvarın 15-dən sonra ona mütəmadi olaraq yenidən baxılacaq. Rusiya Qərb ölkələrinin qərarını qəbul etməkdən imtina edib. 2023-cü il fevralın 1-dən Rusiya Federasiyası qiymət tavanından istifadə edən ölkələrə Rusiya neftinin tədarükünü qadağan etməyə başladı.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR