AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Nikkei Asia: Yaponiya həyəcan verici bir sürətlə ölür

  • + A
  • - A
  • 26-04-2023, 23:55

    Nikkei Asia: Yaponiya həyəcan verici bir sürətlə ölür

    Yaponiyanın yeni əhali proqnozları 2070-ci ilə qədər əhalinin 87 milyon nəfər olacağını göstərir. Azadmedia az xəbər verir ki, bu barədə “Nikkei Asia” nəşri məlumat yayıb.

    Hökumət 2060-cı illərdə 100 milyon əhalini saxlamağı hədəfləyir ki, bu da hər qadına orta hesabla 1,8 doğuş tələb edir. Lakin Milli Əhali və Sosial Təminat Araşdırmaları İnstitutunun çərşənbə günü açıqladığı proqnozlara görə, bu rəqəmin 2070-ci ildə 1,36-ya çatacağı gözlənilir.

    2017-ci il proqnozu 2065-ci ildə 1.44 səviyyəsini nəzərdə tuturdu. Yaponiyada 2021-ci ildə ümumi doğuş nisbəti 1,3 olub. Keçmiş proqnozlar nikbinliyə meyl edib və nəticədə ölkə rəhbərliyi azalmanın qarşısını almaq üçün addımlar atmayıb.

    Yeni məlumatlar Yaponiyanın əcnəbi işçi qüvvəsindən artan asılılığını vurğulayır. 2070-ci ilə qədər Yaponiyanın hər doqquzuncu sakininin xaricdən gələcəyi gözlənilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR