Azərbaycan və Türkiyə birgə pilotsuz uçuş aparatları (PUA) istehsal edəcək. Azadmedia.az xəbər verir ki, bu barədə Türkiyənin “Baykar” şirkəti məlumat yayıb.
Bildirilib ki, Azərbaycan Müdafiə Nazirliyi ilə Türkiyənin “Baykar” şirkəti arasında niyyət protokolu imzalanıb. Sənədi Azərbaycan müdafiə nazirinin müavini Aqil Qurbanov və “Baykar” şirkətinin baş direktoru Haluk Bayraktar imzalayıb.
Mərasimdə Azərbaycan müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Ramiz Tahirov da iştirak edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.