Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Türkiyənin ilk elektromobili Togg-un sükanı arxasına keçib. Azadmedia.az xəbər verir ki, İqtisadiyyat naziri bu barədə sosial şəbəkədəki rəsmi səhifəsində məlumat verib.
“Türkiyə və Azərbaycan dövlət başçılarının TEKNOFEST 2023 sərgisini ziyarət etdikləri gün Samsuna işgüzar səfərimiz xüsusi əhəmiyyət kəsb edir. Müasir Türkiyənin qurucusu Atatürkün 1919-cu il mayın 19-da Bandırma gəmisi ilə Samsuna gəlişindən sonra başlatdığı milli mübarizə hərəkatı 100-cü ildönümünü qeyd etdiyimiz TR-nin yaranmasına səbəb oldu. Samsunda Bandırma muzey gəmisini ziyarət edərək Türkiyənin şanlı keçmişinə bir daha nəzər salmaq mənim üçün böyük şərəf idi. Səfərimiz çərçivəsində ilk yerli elektrik avtomobili TR Togg ilə tanış olmaq imkanımız oldu”, - nəşr yazır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.