AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Babək” tankerinin təmiri uğurla başa çatıb

  • + A
  • - A
  • 2-05-2023, 10:02

    “Babək” tankerinin təmiri uğurla başa çatıb

    “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasına məxsus “Babək” gəmisi təmir olunub.

    ASCO-nun İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Mehdiyevin Azadmedia.az-a verdiyi məlumata görə “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda aparılan təmir zamanı tankerin baş və köməkçi mühərrikləri, avar valı sazlanıb, bəzi elektrik avadanlıqları yeniləri ilə əvəzlənib, köhnələri təmir olunub. Eyni zamanda göyərtədə və maşın şöbəsində boruquraşdırma işləri yerinə yetirilib.

    Bununla yanaşı, gəminin heyətinə məxsus yaşayış otaqları da yenilənib.

    Təmirçilər gəminin sualtı və suüstü hissəsinin, baş göyərtə və üst qurumun, lövbər zəncirlərinin obraziv qumla təmizlənərək üç qat rənglənməsini də həyata keçiriblər.

    Təmirdən sonra tanker dəniz sınaq yoxlanışından uğurla keçib və yenidən istismara qaytarılıb.

    Məlumat üçün bildirək ki, uzunluğu 149, 9, eni 17,3 metr olan “Babək” gəmisinin yükgötürmə qabiliyyəti 13 min tondur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR