AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan və Gürcüstan yenilənmiş Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisini müzakirə ediblər

  • + A
  • - A
  • 2-05-2023, 11:03

    Azərbaycan və Gürcüstan yenilənmiş Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisini müzakirə ediblər

    Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Gürcüstanda həyata keçirilən Bakı-Tbilisi-Qars layihəsinin infrastrukturu ilə tanış olub. Azadmedia.az xəbər verir ki, bu barədə nazirin sosial şəbəkədəki səhifəsində məlumat verilib.

    “Bakı-Tbilisi-Qars yenilənmiş dəmir yolu layihəsi çərçivəsində infrastruktur obyektlərinin tikintisi ilə tanış olmaq üçün Tetritskaro dəmir yolu stansiyasına baxış keçirdik. Biz Gürcüstanın baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili ilə görüşdük. Biz ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivlərini müzakirə etdik. Həmçinin Bakı-Tbilisi-Qars dəmir yolunda yükdaşımaların həcminin artırılması və buraxılış imkanlarının genişləndirilməsi, layihə çərçivəsində Gürcüstanda nəzərdə tutulan işlərin sürətləndirilməsi üçün birgə tədbirlərin görülməsi ilə bağlı fikir mübadiləsi aparılıb”, - deyə Nəbiyev bildirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR