AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Yanvar-aprel aylarında Azərbaycan qaz ixracını 10,5% artırıb

  • + A
  • - A
  • 12-05-2023, 10:54


    Yanvar-aprel aylarında Azərbaycan qaz ixracını 10,5% artırıb

    Azərbaycan 2023-cü ilin yanvar-aprel aylarında qaz ixracını 10,5% - 8,4 milyard kubmetrədək artırıb. Azadmedia.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov bildirib.

    Şahbazov bildirib ki, 2023-cü ilin yanvar-aprel aylarında Azərbaycan qazının Avropaya ixracı 3,9 milyard kubmetr və ya Azərbaycandan tədarük edilən bütün tədarüklərin 46 faizini təşkil edib.

    Türkiyəyə qaz tədarükü 3,4 milyard kubmetr (ümumi ixracın 41 faizi), Gürcüstana isə 1,1 milyard kubmetr (ümumi ixracın 13 faizi) təşkil edib. Eyni zamanda, hesabat dövründə TANAP qaz kəməri ilə Türkiyəyə 1,9 milyard kubmetr qaz nəql olunub.

    Daha əvvəl Şahbazov bildirib ki, 2023-cü ildə Azərbaycandan qaz ixracı 24,5 milyard kubmetr səviyyəsində planlaşdırılır ki, bunun da təxminən 12 milyard kubmetri Aİ-yə, 10,2 milyard kubmetri isə Türkiyəyədir.

    Daha əvvəl xəbər verildiyi kimi, 2022-ci ildə Azərbaycan qaz ixracını 18% artıraraq 22,3 milyard kubmetrə, Avropaya tədarük isə 11,4 milyard kubmetrə (+39%) çatıb.

    Hazırda Avropada Azərbaycan qazının alıcıları İtaliya, Yunanıstan, Bolqarıstan və Rumıniyadır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR