“Şimal axını” ilə itirilmiş tranzit həcmləri də daxil olmaqla, Türkiyə ərazisindən Avropaya təbii qazın tədarükü üçün qovşaq il ərzində maksimum qazanc əldə edəcək. Azadmedia.az xəbər verir ki, bu barədə ölkənin Energetika Nazirliyinin rəhbəri Fatih Dönməz bildirib.
"Qaz ticarət mərkəzi bir il ərzində maksimum qazanc əldə edəcək. Onun fəaliyyət göstərməsi sayəsində Avropa ölkələrinə daha çox qaz satmaq və Türkiyə ilə bağlı enerji mənbələrini şaxələndirmək mümkün olacaq. Qaz qovşağı Cənubi Avropa üçün xüsusilə vacibdir. Onlar [bu ölkələrdə] qovşağın olub-olmayacağını soruşmurlar, onun nə vaxt işə başlayacağı ilə maraqlanırlar", - nazir deyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.