Azərbaycan işğaldan azad edilmiş ərazilərdə məişət tullantılarının ayrı-ayrılıqda yığılmasının yeni təcrübəsini tətbiq edir. Azadmedia.az xəbər verir ki, bu barədə Sputnik agentliyi yazır.
“Azərbaycanda ilk dəfə olaraq Şuşa şəhərinin sakinləri gələcəkdə zibilləri dörd kateqoriyaya, yəni kağız, şüşə, metal-plastik və qarışıq tullantılara görə ayıracaqlar. Artıq çeşidlənmiş tullantıların atılacağı şəhərdə müasir yeraltı konteynerlər quraşdırılacaq”.
Azərbaycanda ilk dəfə olaraq məişət tullantılarının dörd növ üzrə çeşidlənməsi həyata keçiriləcək. İndiyədək Bakıda zibillərin yalnız iki kateqoriyaya - üzvi və qeyri-üzvi tullantılara bölünməsi təcrübəsi var idi.
“Şuşa bu işdə etalon rolunu oynayacaq, çünki hazırda bu şəhərdə bir çox beynəlxalq tədbirlər keçirilir. Yaxın illərdə onun yerli sakinləri Azərbaycanın mədəniyyət paytaxtına qayıtmağa başlayacaqlar. Sonra Zəngilan və Talışda tullantıların ayrıca yığılması üçün yeni infrastrukturun yaradılması nəzərdə tutulur. Artıq yeni poliqonların təşkil ediləcəyi ərazilər müəyyən edilib”.
Azərbaycan Prezidenti İlham Əliyev İkinci Qarabağ müharibəsində qələbə qazandıqdan və işğal olunmuş torpaqların qaytarılmasından sonra Qarabağın yaşıl enerji zonasına, ekoloji cəhətdən təmiz regiona çevrilməsini qarşıya məqsəd qoyub. Qabaqcıl tullantıların təkrar emalı texnologiyalarının tətbiqi Qarabağın gələcəyinə mühüm və vaxtında verilən töhfədir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.