Federal Hava Nəqliyyatı Agentliyi “İrAero” aviaşirkətlərinə Azərbaycana uçuşlar həyata keçirməyə icazə verib. Azadmedia.az xəbər verir ki, bu barədə agentliyin saytında dərc olunmuş sənəddə deyilir.
Daşıyıcı Bakıya uçuşlar üçün təsdiqlənib: Krasnodar və Rostov-na-Donudan həftədə iki dəfə, Soçidən isə həftədə dörd dəfə.
Xatırladaq ki, bundan əvvəl “İrAero” Rosaviasiyadan Moskvadan Gürcüstana uçuşlar həyata keçirmək üçün icazə istəyib. Daşıyıcı həftədə yeddi dəfə Tbilisi və Batumiyə uçmağı planlaşdırır. Bu da Tbilisidə kütləvi narazılığa səbəb olmuşdu.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.