AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ADRA-da “Milli Fəaliyyət Planı”nın icrası ilə əlaqədar görüş keçirilib

  • + A
  • - A
  • 25-05-2023, 17:27


    ADRA-da “Milli Fəaliyyət Planı”nın icrası ilə əlaqədar görüş keçirilib

    Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi (ADRA) üzrə icrası məqsədilə Agentlikdə görüş keçirilib. ADRA əməkdaşlarının “MG Consulting” MMC-nin nümayəndələri ilə görüşündə qurumda işə qəbul prosedurlarında şəffaflığın artırılması və bu sahədə ictimai nəzarət mexanizmlərinin tətbiqinin genişləndirilməsindən, eləcə də antikorrupsiya davranış modelinin formalaşdırılması məqsədilə sahəvi korrupsiya riskləri nəzərə alınmaqla Agentlik üzrə həyata keçiriləcək tədbirlərdən söz açılıb. Toplantıda korrupsiyaya qarşı mübarizə sahəsində maarifləndirici təbirlərin həyata keçirilməsində vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın əhəmiyyəti vurğulanıb. ADRA əməkdaşlarında antikorrupsiya davanış modelinin formalaşdırılması ilə bağlı işlərin gücləndirilməsi üçün təlimlərin keçirilməsi qərara alınıb. Reklam yayıcılarının nağdsız ödənişlə bağlı maarifləndirilməsi məqsədilə sahibkarlara xüsusi hazırlanmış bukletlərin paylanılacağı bildirilib. Qeyd edək ki, “MG Consulting” MMC Azərbaycanda yerli və əcnəbi müştərilərə, o cümlədən diplomatik nümayəndəliklərə, yerli VCT-lərə və xarici VCT-lərin Azərbaycandakı nümayəndəliklərinə və beynəlxalq təşkilatlara müxtəlif hüquqi, layihə idarəçiliyi, insan resursları və mühasibatlıq üzrə xidmətlər göstərən konsaltinq şirkətidir. Şirkət həmçinin Azərbaycanda qanunvericiliyin, o cümlədən QHT-lərə dair qanunvericiliyin və kənd təsərrüfatı, sahibkarlıq, habelə sosial müəssisələrlə bağlı qanunvericiliyin təkmilləşdirilməsi sahəsində texniki ekspert dəstəyi göstərir.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR