SOCAR Azəriqaz İstehsalat Birliyi 2023-cü ilin 4 ayı ərzində ölkə üzrə abonentlərin qazın tarifi ilə bağlı limitdəki son vəziyyətini açıqlayıb.
Azadmedia.az xəbər verir ki, İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi
Eldəniz Vəliyev SOCAR “Azəriqaz” İB-nin ənənəvi hal alan “Açıq qapı” aksiyasında limitlə bağlı statistikanı media nümayəndələrinin diqqətinə çatdırıb. Şöbə rəisi bildirib ki, cari ilin yanvar-aprel ayları ərzində havaların soyuq keçməsinə baxmayaraq abonentlərin 77,5%-i (
1.932.299 abonent) 12 qəpiklik limit həddini keçməyib.
514.780 abonent 20 qəpiklik qaz limitindən istifadə edir. Bu, abonentlərin 20.6%-ni təşkil edir.
47355 abonent 25 qəpik qaz limitindən istifadə edir, bu da faizlə 1.9% təşkil edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.