Cənub Qaz Dəhlizi bütövlükdə Avropanın enerji imkanlarını dəyişdi. Bu barədə Böyük Britaniya baş nazirinin ticarət elçisi baronessa Emma Nikolson jurnalistlərlə görüşündə bildirib.
“Biz çox şanslıyıq ki, Azərbaycan ilə Böyük Britaniya arasında münasibətlər bu qədər yaxındır”, - deyən o, Böyük Britaniyanın Azərbaycanda ən böyük xarici investorlardan biri olduğunu bildirib.
O, məmnunluqla qeyd edib ki, Azərbaycan ilə Böyük Britaniya arasında tərəfdaşlıq çox güclüdür və bütövlükdə bütün Avropa bu əməkdaşlıqdan bəhrələnir.
Nikolson Böyük Britaniyanın son bir neçə ildə yaşıl siyasət yürütdüyünü vurğulayıb:
“Əgər Azərbaycan tərəfinin yaşıl enerji infrastrukturu üçün maliyyə mənbəyinə ehtiyacı varsa, Böyük Britaniyanın Maliyyə İxrac Departamenti bu istiqamətdə Azərbaycana kömək edə bilər”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.