Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) cari və perspektivli neft-qaz layihələri üzrə BP ilə əməkdaşlıq sahələrini nəzərdən keçirib.
Danışıqlar SOCAR prezidenti Rövşən Nəcəflə Bakıda səfərdə olan BP-nin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birell arasında keçirilən görüşdə olub.
Məlumata görə, görüşdə SOCAR ilə BP arasında qarşılıqlı faydalı əməkdaşlıqdan, strateji tərəfdaşlıqdan məmnunluq ifadə olunub.
Görüşdə cari və perspektivli neft-qaz layihələri üzrə əməkdaşlıq istiqamətləri nəzərdən keçirilib, bərpa olunan enerji mənbələri sahəsində layihələr, insan kapitalı sahəsində təcrübə mübadiləsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.