Siyəzən rayonunda baş tutan "Açıq mikrofon" aksiyasında bir qayda olaraq əvvəlcə Xaçmaz RQİİ-nin rəisi çıxış edib. Daha sonra mikrofon sakinlərin ixtiyarına verilib. Qaz təchizatı ilə bağlı ünvanlanan müraciətlər arasında Yenikəndin genişləndirilmiş ərazisində 12 evin qazlaşması, qapı keçidinin quraşdırılması və eynilə Zarat kəndinin genişləndirilmiş hissəsinə küçə qaz xəttinin çəkilməsi kimi məsələlər yer alıb. 20-yə yaxın sakinin qatıldığı görüşdə səslənən problem və təkliflərin araşdırılaraq aidiyyəti üzrə yönləndiriləcəyi bildirilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.