Rusiyadan Çinə gedən tankerin qəzaya uğramasından sonra Süveyş kanalında gəmiçilik bərpa edilib
“Seavigour” neft tankeri yedəyə alındıqdan sonra Süveyş kanalında naviqasiya bərpa edilib. Bundan əvvəl kanalla hərəkət edərkən tankerin mühərriki xarab olub.
"Kanalda naviqasiya müntəzəmdir və biz Seavigour neft tankerinin qəfil qəzası ilə peşəkarcasına məşğul olduq"- administrasiyanın rəhbəri Usama Rabiya mətbuat xidmətinin verdiyi açıqlamadada deyilir
Bu gün səhər, iyunun 4-də Süveyş kanalının administrasiyası karvan tərkibində Rusiyadan Çinə gedən Seavigour tankerinin sıradan çıxması barədə məlumat verib. Qəza yerinə yedək gəmiləri göndərilib. Mətbuat xidməti bildirir ki, tanker yedəyə alındıqdan sonra kanalla hərəkət bərpa olunacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.