AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Fransa rekord hərbi büdcə qəbul edib

  • + A
  • - A
  • 7-06-2023, 23:54

    Fransa rekord hərbi büdcə qəbul edib

    Azadmedia.az xəbər verir ki, Fransa parlamentinin aşağı palatası olan Milli Assambleya 2024-cü ildən 2030-cu ilə qədər olan dövr üçün ölkə tarixində 413 milyard avroluq ən böyük hərbi büdcəni qəbul edib.

    “Qarşıya qoyulmuş vəzifələrə layiq 90 saata yaxın konstruktiv debat. Həm prezident fraksiyasından, həm də müxalifətdən bərabər sayda düzəlişlər qəbul edilib”, - müdafiə naziri Sebastien Lekornu bildirib.
    Qeyd olunur ki, səsvermə zamanı 408 deputat “lehinə”, 57 deputat “əleyhinə” səs verib.

    Böyük hərbi büdcənin tərəfdarları iddia edirlər ki, ən ciddi artım Emmanuel Makronun prezidentlik müddəti bitdikdən sonra baş verəcək.

    Ordunun modernləşdirilməsi, nüvə qarşısının alınması arsenalının genişləndirilməsi və ordu üçün şəraitin yaxşılaşdırılması üçün vəsait ayrılacaq. Eyni zamanda, Fransa ordusu ağır texnikanın - o cümlədən tankların və zirehli transportyorların alışını azaldacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR