AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bakı və Astana yaşıl enerjinin Avropaya ixracının həyata keçirilməsi üzərində işləyir

  • + A
  • - A
  • 9-06-2023, 09:21

    Bakı və Astana yaşıl enerjinin Avropaya ixracının həyata keçirilməsi üzərində işləyir

    Bakı və Astana yaşıl enerjinin Avropaya ixracının həyata keçirilməsi üzərində işləyir. Azadmedia.az xəbər verir ki, bunu Astana Beynəlxalq Forumunda Qazaxıstanın energetika naziri Almassadam Satkaliyev deyib.

    “Biz artıq Xəzər dənizinin dibi ilə Qazaxıstanı Türkiyə ilə, sonra isə Avropa ilə birləşdirəcək yüksək gərginlikli kabel xəttinin çəkilməsi layihəsinə başlamışıq”, - deyə o bildirib.

    Nazir qeyd edib ki, eyni layihə Azərbaycanın da iştirak etdiyi Qara dənizdə də həyata keçirilir.

    Ölkələrin ənənəvi enerji layihələri üzərində də işlədiyini deyən Satkaliyev qeyd edib ki, Qazaxıstan artıq öz neftini ixrac etmək üçün Bakı-Tbilisi-Ceyhan və Bakı-Supsa boru kəmərlərindən istifadə edir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR