AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

LDU-da EU4CULTURE layihəsinin lənkəranlı benefisarları ilə görüş təşkil edilib

  • + A
  • - A
  • 11-06-2023, 00:11

    LDU-da EU4CULTURE  layihəsinin lənkəranlı benefisarları ilə görüş təşkil edilib

    Zəngin səfər proqramı olan avropalı diplomatlarla EU4CULTURE layihəsinin lənkəranlı benefisarları arasında görüş təşkil edilib.
    "Avropa Şəhərciyi” adlı tədbirdə iştirak etmək üçün Lənkərana səfər edən avropalı diplomatlar Lənkəran Dövlət Universitetində lənkəranlı benefisarlarla görüşüb.
    Azadmedia.az məlumat üçün bildirir ki, Mobillik Müsabiqəsinə incəsənət xadimləri və mədəniyyət mütəxəssisləri müraciət edə bilər.

    Qısa müddətli layihələr 1.500 avro, uzun müddərli 5.000 avro, virtual mobilliklər 1.000 avro dəyərindədir. Müsabiqəyə təcrübə, təhsil səfərləri, konfranslar, peşəkar inkişaf üçün atılan addımlar və digər fəaliyyətlər daxildir. Azərbaycandan mobillik qrantı almış şəxslərinmsayı 36 nəfərdir. Ən populyar mibillik növü qısa müddətli səyahətlərdir. Avropa İttifaqı Mobillik Müsabiqəsi üçün 48.306 avro vəsait ayırıb.
    Mobillik müsabiqəsi üzrə qalib olan 5 lənkəranlı layihələri barədə təqdimat ediblər.
    Qeyd edək ki, qaliblər müxtəlif layihələr üzrə Avropanın ayrı-ayrı ölkələrində qısa müddətli təcrübələr keçəcəklər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR