AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin məlumatı

  • + A
  • - A
  • 20-06-2023, 10:26

    Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin məlumatı

    Dövlət Xidməti və tabeliyində fəaliyyət göstərən İstehlak Mallarının Ekspertizası Mərkəzi bayram günlərində sahibkarlara xidmət göstərəcək.
    İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti sahibkarlıq subyektlərinə müraciət edib.
    Belə ki, ixrac olunan malların mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertizaların keçirilməsi və belə ekspertizaların nəticələrinə uyğun olaraq, malın mənşə ölkəsini təsdiq edən sertifikatların verilməsində fasiləsizliyin təmin edilməsi məqsədilə Dövlət Xidməti və onun regional bölmələri, eləcə də Xidmətin tabeliyində fəaliyyət göstərən İstehlak Mallarının Ekspertizası Mərkəzi və regional bölmələri iş günü hesab edilməyən bayram günlərində - 27, 29 və 30 iyun tarixlərində fəaliyyət göstərəcəkdir.
    Qeyd edilən tarixlərdə sahibkarlar iş günlərində olduğu kimi xidmətlərdən yararlanmaq üçün Dövlət Xidmətinə və onun regional bölmələrinə müraciət edə bilər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR