Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirləri çərçivəsində “Baku Food House” MMC tərəfindən Rusiya Federasiyasından idxal olunan “Stavropolskiy Broyler” MMC-nin istehsalı olan 20338 kq dondurulmuş toyuq hissələri məhsulunda Agentlik əməkdaşları tərəfindən götürülmüş nümunələrin müayinələri nəticəsində salmonella aşkarlanıb.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq, təhlükəli malların gömrük ərazisinin hüdudlarından kənarlaşdırılması və ya məhv edilməsi barədə qərar qəbul edilib. Verilmiş qərara əsasən, istehsalçının respublikamıza həmin məhsulu idxalına müvəqqəti qadağa qoyulub və ixracatçı ölkənin aidiyyəti qurumuna müvafiq bildiriş göndərilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.