AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

SOCAR və “KazMunayQaz” Qazaxıstan neftinin Azərbaycan ərazisindən tranzitinə dair memorandum imzalayıb

  • + A
  • - A
  • 22-06-2023, 16:33

    SOCAR və “KazMunayQaz” Qazaxıstan neftinin Azərbaycan ərazisindən tranzitinə dair memorandum imzalayıb

    Azərbaycan Dövlət Neft Şirkəti SOCAR və Qazaxıstanın “KazMunayQaz” milli şirkəti Qazaxıstan neftinin Azərbaycan ərazisindən tranziti üzrə strateji əməkdaşlığa dair memorandum imzalayıblar. Azadmedia.az xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetindən məlumat verilib.

    Bakı və Astana Qazaxıstan neftinin Azərbaycan ərazisindən tranziti sahəsində əməkdaşlığı dərinləşdirir, bununla bağlı bu gün Baş nazir Əli Əsədov və Qazaxıstanın Baş naziri Əlixan Smailov arasında aparılan danışıqların yekununda Strateji Əməkdaşlıq haqqında Memorandum imzalanıb. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə “KazMunayQaz” Milli Şirkəti arasında Qazaxıstan neftinin Azərbaycan Respublikasının ərazisindən tranziti haqqında saziş imzalanıb.

    Gürcüstan və Qazaxıstanla dəmir yolu daşımaları sahəsində birgə müəssisənin yaradılması haqqında

    “Azərbaycan Dəmir Yolları” QSC, Qazaxıstan Dəmir Yolları Milli Şirkəti SC və “Gürcüstan Dəmir Yolları” SC arasında birgə müəssisənin yaradılması və fəaliyyətinin əsas prinsipləri haqqında Saziş” imzalanıb.

    Sənəd baş nazir Əli Əsədovla Bakıda rəsmi səfərdə olan Qazaxıstanın baş naziri Əlixan Smailovun görüşündə də imzalanıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR