Azərbaycan illik gəliri 25 000 ABŞ dollarından çox olan ev təsərrüfatları üçün ən yüksək artım tempinə malik olacağı gözlənilən Mərkəzi və Şərqi Avropa (CEE) ölkələri arasında beşinci yeri tutub. Azadmedia.az xəbər verir ki, bu barədə Fitch Solutions beynəlxalq reytinq agentliyinin hesabatında deyilir. Belə ki, Azərbaycanda 2028-ci ilə qədər gəliri 25 min ABŞ dollarından çox olan ev təsərrüfatları 24,4% artaraq 695 269 nəfər təşkil edəcək.2028-ci ilə qədər gəliri 25 min ABŞ dollarından çox olan ailə təsərrüfatları onların ümumi sayının 31,7%-ni təşkil edəcək.
Qeyd edilir ki, iqtisadi artım və Mərkəzi və Şərqi Avropa bazarlarının rifah səviyyəsi hədəf turizm bazarının artmasına səbəb olacaq. Bölgədəki bazarlar otel qrupları və turizm şirkətləri üçün marketinq və uçuşlar baxımından cəlbedici olacaq. Bu, 2023-2027-ci illərdə ölkələrin gəlirlərinin artımında özünü göstərəcək və orta gəlirin artacağı ölkələrdə ən çox turizm bazarı böyüyəcək, Fitch Solutions analitikləri vurğulayırlar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.