Şahdağ Turizm Mərkəzi zərərinin azaldılması ilə bağlı daxili strateji yol xəritəsi hazırlayıb.
Azadmedia.az xəbər verir ki, bunu Şahdağda yay turizmi ilə bağlı keçirilən brifinqdə jurnalistlərə QSC-nin İdarə Heyətinin sədri Rüstəm Nəcəfov deyib və qeyd edib ki, əsas hədəf qısa müddət ərzində mənfəətə keçməkdir.
Mərkəz sədri 2024-cü ildə "Şahdağ" Turizm Mərkəzinin ərazisində yeni otelin fəaliyyətə başlayacağı anonsunu verdi. R.Nəcəfov onu da qeyd etdi ki, beynəlxalq, dünya kuboku səviyyəli yarışların keçirilməsi üçün (xizək yarışları üzrə) xüsusi kanat yolu və yamaç yolunun tikintisinə başlanılacaq: "Bunu nəzərə alsaq yüklülüyümüz artır, ancaq biz gəlirliliyimizi artırmağa çalışırıq.
Bütün məsələlər investisiyalardan aslıdır".
Xatırladaq ki, "Şahdağ Turizm Mərkəzi" QSC 2015-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 546,776 milyon manatdır. Şahdağ milli parkının yaxınlığında salınmış kompleks Azərbaycanda ilk və ən böyük dağ-xizək kurortudur.
1 həftəyə Mərkərkəzdə yeni xidmət fəaliyyətə başlayacaq. Çimərlik və katamaran üçün yaradılan göldə son tamamlama işləri gedir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.