Bolqarıstan 2023-cü ilin aprelində Azərbaycandan 74,8 milyon kubmetr təbii qaz idxal edib, martda bu göstərici 44,5 milyon kubmetr olub.
Bu barədə Avropa İttifaqının Statistika İdarəsi – Eurostat məlumat yayıb.
Beləliklə, Azərbaycandan ölkəyə qaz idxalı əvvəlki ayla müqayisədə 68 faizdən çox artıb.
Apreldə qaz tədarükünün dəyəri martda qeydə alınan 30,5 milyon avro göstəricisi ilə müqayisədə 29,9 milyon avro təşkil edib ki, bu da 2 faizdən çox azalma demək olub.
Qeyd edək ki, Bolqarıstan 2022-ci il oktyabrın 1-də istifadəyə verilən Yunanıstan-Bolqarıstan İnterkonnektoru (IGB) vasitəsilə Azərbaycandan qaz idxalına başlayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.