Gecə saatlarında Xəzər dənizində zəlzələ baş verib, Dağıstanda, Azərbaycanda, Qazaxıstanda hiss olunub. Bakı-Novorossiysk neft kəməri təbii hadisə nəticəsində zədələnməyib, o, normal rejimdə işləyir. Bu barədə Azadmedia.az Transneft-ə istinadla xəbər verir.
Xəzər dənizində gecə baş verən zəlzələdən sonra Rusiyadan Azərbaycana gedən magistral neft kəməri normal işləyir.
Yeraltı təkanlar ötən gün axşam saatlarında 6 bal gücündə qeydə alınıb, episentri Dərbənddən 95 km aralıda, Xəzər dənizində olub. Bu fenomeni Dağıstan, Azərbaycan və Qazaxıstan sakinləri hiss ediblər. Zəlzələdən sonra dağıntı qeydə alınmayıb. Bakı-Novorossiysk neft kəməri zədələnməyib və fəaliyyətini davam etdirir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.