AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan və AYİB maliyyə sektoru strategiyasını müzakirə edib

  • + A
  • - A
  • 4-07-2023, 22:56

    Azərbaycan və AYİB maliyyə sektoru strategiyasını müzakirə edib

    Azərbaycan Mərkəzi Bankı (AMB) ilə Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) arasında təşkilatın Azərbaycanın maliyyə sektoru üzrə 2023-2027-ci illər üçün strategiyasının həyata keçirilməsi üzrə əməkdaşlıq imkanları müzakirə edilib. Bu barədə AMB-nin sədri Taleh Kazımov sosial şəbəkədəki rəsmi səhifəsində məlumat verib.

    “AYİB-in Şərqi Avropa və Qafqaz regionu üzrə icraçı direktoru Matteo Patronenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşümüz oldu. Görüşdə AYİB-in Qafqaz üzrə yeni regional direktoru Alkis Vrienios Drakinos və AYİB-in Azərbaycan nümayəndəliyinin rəhbəri Nataliya Muravidze təqdim olunub. AYİB-in Azərbaycandakı fəaliyyəti, o cümlədən bank sektorunda iştirakı, Azərbaycanın 2023-2027-ci illər üçün maliyyə sektoru strategiyasının həyata keçirilməsində əməkdaşlıq imkanları barədə fikirlər səsləndirilib. Eyni zamanda, əməkdaşlığımızın hazırkı vəziyyəti və perspektivlərini müzakirə etdik”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR