AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ölkədə yüz minlərlə daşınmaz əmlak banklarda girovdadır - Ekspert

  • + A
  • - A
  • 9-07-2023, 13:38

    Ölkədə yüz minlərlə daşınmaz əmlak banklarda girovdadır - Ekspert

    Azadmedia.az insanların, daşınmaz əmlakların bankların girovuna çevrilməsi məsələsinə Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyevin yanaşmasını təqdim edir:

    "Ölkədə, xüsusəndə paytaxt Bakı və digər böyük şəhərlərimizdə daşınmaz əmlakların satış qiymətlərində hər il gözə carpacaq dərəcədə ciddi artımlar müşahidə olunur. Artıq nağd qiymətə mənzil almaq hər kəs ücün əlcatan olmadığına görə insanlar məcburən banklara, kreditli şərtlərlə satılan mənzillərə üz tuturlar.
    Ötən il, yəni 2022 ci ildə coxmənzilli yaşayış binalarında satılan mənzillərin böyük hissəsi ipoteka, bank daxili və tikinti şirkətləri tərəfindən daxili kreditli şərtlərlə satılıb.
    Əmlak Məsələləri Dövlət Xidmətinin məlumatına əsasən 2022-ci ilin yanvar-noyabr ayları ərzində qeydiyyata alınan girov müqaviləsinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 38% artaraq 64 963 olub. Bu məlumat yalnız cıxarışlı mənzillərə şamil olunur. Cıxarışı olmayan, yəni tikilməkdə və yaxud hazır binalarda olan daxili kreditlərlə satılan mənzillərin sayıda kifayət qədər coxdur. İpoteka kreditlərinin şərtləri ağır olduğuna görə əksər vətəndaşlar faiz dərəcəsinin yüksək olmasına baxmayaraq daxili kreditlərlə satılan mənzillərə daha cox müraciət edirlər. Bu prosesin uzun illərdir ki davam etdiyini nəzərə alsaq o qənaətə gəlmək olur ki ölkədə yüz minlərlə daşınmaz əmlak banklarda girovdadır. Və o mənzillərin sahibləri, yəni yüz minlərlə insanlar ən azından ömürlərinin 20 - 25 ilini banklara kredit ödəməklə kecirirlər. Ölkədə minimal və orta əmək haqqı ilə banka ödənilən aylıq kreditin məbləği bəzən eyniləşir. Təəsüflər olsun ki, cox zaman kredit ödəyən əksər şəxslər ömürlərinin yaşamalı olan dövrlərini özləri, ailələri ücün deyil, banklara kredit ödəmək ücün yaşayırlar".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR