Azərbaycan Fransa şirkəti ilə birlikdə “Abşeron” yatağında qaz hasilatına başlayır. O, gündəlik 4 milyon kubmetrə qədər qaz hasil edəcək
Xəzər dənizində yerləşən “Abşeron” yatağında qaz hasilatına başlanılıb. Azadmedia.az xəbər verir ki, bu barədə Fransanın “TotalEnergies” şirkətinin bu gün verdiyi bəyanatda deyilir.
“TotalEnergies və onun tərəfdaşı SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti – red. qeyd) Xəzər dənizində, Bakıdan təxminən 100 km cənub-şərqdə “Abşeron” qaz-kondensat yatağının işlənməsinin birinci fazasında hasilata başlandığını elan edir”. - mətbuata açıqlamasında bildirib
Həmçinin Abşeronda hasil edilən qazın Azərbaycanın daxili bazarına çıxarılmasının nəzərdə tutulduğu bildirilir.
"İstehsal gücü sutkada 4 milyon kubmetr qaz və 12 min barel kondensatdır" - bəyanatda vurğulanıb
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.