AZAL gələn həftənin sonunda Azərbaycan və Qırğızıstanın paytaxtları arasında uçuşlara başlayacaq. Uçuşlar şənbə günləri yerinə yetiriləcək.
Azərbaycanın AZAL aviaşirkəti iyulun 22-dən Bakıdan Bişkekə uçuşlara başlayacaq. Bu barədə Azərbaycan Dövlət Turizm Agentliyindən məlumat verilib.
Əvvəlcə Azərbaycanın paytaxtından Qırğızıstanın paytaxtına ilk reysin iyulun 15-də həyata keçiriləcəyi nəzərdə tutulsa da, sonda uçuşların başlanmasının bir həftə müddətinə təxirə salınması qərara alınıb.
Uçuşlar hər həftənin şənbə günləri həyata keçiriləcək. Təyyarələrin saat 22:00-da Bakıdan Bişkekə, saat 03:35-də isə əks istiqamətə uçacağı gözlənilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.