İran Həştərxan vilayətində sement zavodu tikməyi təklif edib. Yaxın vaxtlarda tikinti ilə bağlı məsələyə rayon rəhbərliyi baxacaq.
Həştərxan vilayətinin rəhbərliyi sement zavodunun tikintisi ilə bağlı İran nümayəndələrinin verdiyi təklifə baxır. Bu barədə vilayət qubernatorunun administrasiyasından məlumat verilib.
Bu məsələ regionun rəhbəri İqor Babuşkinin İranın Rusiya Federasiyasındakı səfiri Kazem Cəlali ilə görüşündə müzakirə olunub. Yaxın vaxtlarda sərmayədarların rayona gələrək tikinti məsələsini müzakirə edəcəyi planlaşdırılır.
Görüşdə tərəflər ticarət, logistika, humanitar və digər sahələrdə əməkdaşlıqdan da danışıblar. Bildirilib ki, Həştərxanın su nəqliyyat qovşağından keçən yüklərin 90%-dən çoxu İran istiqamətində gedir.
"Gələn həftə Mazandaran qubernatoru cənab Hüseynipurun Həştərxana səfəri gözlənilir. Əminəm ki, bu, əlaqələrimizin daha da inkişafına töhfə verəcək".
- İqor Babuşkin deyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.