AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Turizm Reyestri ilə bağlı maarifləndirmə tədbirlərinə start verilib

  • + A
  • - A
  • 19-07-2023, 17:12

    Turizm Reyestri ilə bağlı maarifləndirmə tədbirlərinə start verilib


    İyulun 19-da Dövlət Turizm Agentliyi tərəfindən turizm bələdçiləri üçün Turizm Reyestrindən istifadə ilə bağlı onlayn maarifləndirmə tədbiri keçirilib.

    Tədbirdə ölkə üzrə vahid turizm platforması rolunu oynayan Turizm İnformasiya Sistemində qeydiyyat, təsnifat və qiymətləndirmə mərhələlərindən keçmə prosedurları izah edilib, sistemdən istifadə ilə əlaqəli iştirakçıları maraqlandıran məqamlarla bağlı müzakirələr aparılıb.

    Qeyd edək ki, iyulun 14-də turizm agentlikləri ilə keçirilən analoji görüşdə də Turizm Reyestrinin fəaliyyət prinsip və mexanizmləri təqdim olunub, Reyestrin turizm ehtiyatları, turizm məhsulları və turizm sənayesi subyektləri haqqında məlumatların vahid mənbədə toplanılması, emalı, axtarışı, təhlili və ötürülməsi, həmçinin həmin məlumatların monitorinqi, turizm məhsullarının və xidmətlərinin keyfiyyətinin yüksəldilməsi məqsədilə formalaşdırıldığı diqqətə çatdırılıb.

    İştirakçılara “Turizm haqqında” Azərbaycan Respublikası Qanunundan irəli gələn tələblər ətraflı izah edilib, suallar cavablandırılıb.

    Qeyd edək ki, Dövlət Turizm Agentliyi tərəfindən turizm sənaye nümayəndələri (turizm şirkətləti, yerləşmə vasitələri, turizm bələdçiləri) üçün bu növ silsilə maarifləndirmə tədbirlərinin cari ilin avqust ayının sonunadək davam etdirilməsi planlaşdırılır.

    Maarifləndirmə tədbirlərinə qatılmaq istəyən turizm sənayesi nümayəndələri _info@tourism.gov.az_ elektron poçt ünvanına “Turizm İnformasiya Sistemi” başlığı altında elektron müraciətlərini ünvanlaya bilərlər.

    Xatırladaq ki, “Turizm haqqında” qanunun 8.1, 8.2, 13.2-ci maddələrinə əsasən turoperator və turagentlər turizm zərfinin və ya turizm xidmətinin turistlərə satışını yazılı müqavilə əsasında həyata keçirməli, müqavilə şərtlərini pozmağa görə sığortaçı ilə mülki məsuliyyətin sığortası müqaviləsi bağlamalı və həmin məlumatları Turizm Reyestrinə daxil etməlidirlər.

    Həmçinin “Turizm haqqında” qanunun 9.1. və 13.3-cü maddələrinə əsasən Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən hər bir mehmanxana (hotel) fəaliyyətə başladığı tarixdən 6 (altı) ay ərzində ulduz kateqoriyası əldə etməli və ulduz kateqoriyasının müəyyən edildiyi tarixdən etibarən 15 gün müddətində məlumatları Turizm Reyestrinə daxil etməlidir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR