AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Avropada ilk dəfə olaraq elektriklə işləyən avtomobillərə tələb dizellə işləyən avtomobillərdən daha yüksək olub

  • + A
  • - A
  • 19-07-2023, 18:40

    Avropada ilk dəfə olaraq elektriklə işləyən avtomobillərə tələb dizellə işləyən avtomobillərdən daha yüksək olub

    ACEA: elektrikli avtomobillər satış baxımından Avropada ilk dəfə dizel avtomobilləri qabaqlayır.

    2023-cü ilin iyun ayında Avropada elektrikli avtomobillərin bazar payı 15,1%-ə yüksələrək ilk dəfə dizel avtomobillərinin bazar payını üstələyib. Bu barədə Avropa Avtomobil İstehsalçıları Assosiasiyasının (ACEA) hesabatında deyilir.

    Ən böyük bazarlarda elektrik avtomobillərinin satışında güclü artım qeydə alınıb. Belə ki, Hollandiyada satışlar 90,1%, Almaniyada 64,4%, Fransada isə 52% artıb”, - deyə assosiasiya bildirib. Ümumilikdə yanvar-iyun aylarında Avropada 703 mindən çox elektromobil satılıb.

    Benzinli avtomobillər 36,3% ilə bazar lideri olaraq qalıb. İkinci yeri hibrid avtomobillər tutur, onların bazar payı 24,3% təşkil edib.

    Ötən ilin iyununda elektromobillərin bazar payı 10,7% təşkil edib. Ötən ay Aİ-də yeni minik avtomobillərinin satışı ötən ilin eyni dövrü ilə müqayisədə 17,8% artıb (1 milyon ədədə qədər).

    Bundan əvvəl məlum olmuşdu ki, Rusiyada yeni avtomobilin orta qiyməti ildə 13,5% artıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR