Türkiyə ilə Birləşmiş Ərəb Əmirlikləri arasında müxtəlif sahələrdə ölkələri birləşdirəcək bir sıra müqavilələr imzalanıb. Ümumi dəyəri 50,7 milyard dollardır.
Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın Əbu-Dabiyə səfəri zamanı Türkiyə ilə Birləşmiş Ərəb Əmirlikləri arasında çoxmilyardlı müqavilələr imzalanıb.
Qeyd olunur ki, ümumi dəyəri 50,7 milyard dollar olan 13 saziş iki ölkəni müxtəlif sahələrdə birləşdirəcək.
Belə ki, Türkiyə və BƏƏ enerji, nəqliyyat, maliyyə, turizm, müdafiə sənayesi, tikinti və digər sahələrdə əməkdaşlıq edəcək.
Ərdoğanın qeyd etdiyi kimi, Ankara anlaşma sənədinin imzalanması ilə strateji tərəfdaşlıq səviyyəsinə yüksələn Birləşmiş Ərəb Əmirlikləri ilə sıx əməkdaşlığı yüksək qiymətləndirir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.