Yaxın gələcəkdə Rusiya, İran və Azərbaycanı ümumi enerji şəbəkəsi birləşdirə bilər. Üç ölkənin Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin inkişafı üzrə səyləri fonunda layihənin perspektivləri aydın görünür.
Azadmedia.az xəbər verir ki, İranın energetika naziri Əli Əkbər Mehrabian ölkəsinin tezliklə Azərbaycan vasitəsilə Rusiya ilə elektrik enerjisi mübadiləsinə başlayacağını bildirib. Mehrabian deyib ki, İran Rusiya ilə elektrik enerjisi mübadiləsi üçün iki marşrutu nəzərdən keçirir - biri Azərbaycan, digəri isə Ermənistan və Gürcüstan vasitəsilə.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.