AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Abşeron” qaz yatağında 30% payı BƏƏ-dən olan şirkət alıb

  • + A
  • - A
  • 4-08-2023, 16:17

    “Abşeron” qaz yatağında 30% payı BƏƏ-dən olan şirkət alıb

    Əbu-Dabi Milli Neft Şirkəti (ADNOC) Azərbaycanın “Abşeron” qaz-kondensat yatağında 30% pay aldığını elan edib. Azadmedia.az xəbər verir ki, bu barədə Reuters xəbər verir.

    Şirkətin məlumatında deyilir ki, ADNOC-un Azərbaycana investisiyaları beynəlxalq qaz biznesinin inkişafı üzrə strateji planın tərkib hissəsidir.

    Müqaviləyə əsasən, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və “TotalEnergies” yatağın hər biri 35% paya sahib olacaq.

    İmzalanma mərasimi bu gün Bakıda keçirilib.Tədbirdə Azərbaycanın iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov, SOCAR-ın prezidenti Rövşən Nəcəf, “TotalEnergies” Kəşfiyyat və Hasilat şirkətinin prezidenti Nikolas Terraz, ADNOC Low Carbon Solutions şirkətinin icraçı direktoru Musabbeh Əl-Kaabi iştirak edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR