Bərdə-Ağdam dəmir yolunun tikintisi üzrə işlər 70 faiz yerinə yetirilib, bütün relslər çəkilib.
“Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) verilən məlumata görə, planlara əsasən, layihə üzrə işlər bu ilin sonunadək başa çatdırılacaq.
"Bu günə kimi 128 mühəndis qurğusunun tikintisi başa çatdırılıb, onlardan ikisi dəmir yolu körpüsüdür. Relslərin çəkilməsi 100% yerinə yetirilib", - şirkətdən qeyd ediblər.
Dəmir yolunun uzunluğu 47,1 km-dir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.