AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Dünya Bankı Azərbaycanın “yaşıl” elektrik enerjisinin əsas ixracatçısı kimi formalaşması üçün şərtləri açıqlayıb

  • + A
  • - A
  • 8-08-2023, 11:42

    Dünya Bankı Azərbaycanın “yaşıl” elektrik enerjisinin əsas ixracatçısı kimi formalaşması üçün şərtləri açıqlayıb

    Vahid Alıcı Modeli (SBM) Azərbaycanın əsas yaşıl elektrik enerjisi ixracatçısına çevrilməsində mərkəzi rol oynaya bilər. Azadmedia.az xəbər verir ki, bu barədə Dünya Bankının (DB) tövsiyələrində deyilir.

    SBM elektrik enerjisinin topdansatış ticarətində monopoliya ilə xarakterizə olunur, lakin (müəyyən şərtlər altında) həm elektrik enerjisinin istehsalında, həm də son istehlakçılara çatdırılmasında rəqabətə imkan verir.

    DB qeyd edir ki, elektrik enerjisinin ixracı Azərbaycan üçün aktual mövzuya çevrilib.

    DB-nin tövsiyələrində deyilir ki, bu addımları atmaqla və bərpa olunan enerji potensialından istifadə etməklə Azərbaycan davamlı enerji gələcəyinə töhfə verən təmiz elektrik enerjisi və enerji ixracı sahəsində aparıcı oyunçu kimi mövqe tuta biləcək.

    Xatırladaq ki, 2022-ci il dekabrın 17-də Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan Qafqaz regionundan Avropaya enerji körpüsünün tikintisini nəzərdə tutan strateji tərəfdaşlıq haqqında saziş imzalayıb. Əldə edilən razılaşma çərçivəsində 1000 MVt gücündə və 1195 kilometr uzunluğunda Qara Dəniz Enerji sualtı elektrik kabelinin tikintisi gözlənilir. Kabel Azərbaycanda hasil edilən yaşıl elektrik enerjisini Gürcüstan və Qara dəniz vasitəsilə Rumıniyaya çatdırmaq üçün Macarıstana və Avropanın qalan hissəsinə nəql olunacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR