Sabah, avqustun 9-da İranın “Qeshm Air” aviaşirkətinə məxsus təyyarə Daşkəndə istiqamət götürərək Tehran səmasına qalxacaq – bu, şirkətin ilk birbaşa uçuşu olacaq.
"İlk müntəzəm sərnişin reysi avqustun 9-da Tehran-Daşkənd-Tehran marşrutu üzrə nəzərdə tutulub. Uçuşların həftədə bir dəfə - çərşənbə günləri tezliyi olan komfortlu Airbus A320 təyyarələrində həyata keçirilməsi planlaşdırılır". Azadmedia.az xəbər verir ki, məlumatı Özbəkistan Hava Limanları yayıb.
Qeshm Air 1993-cü ildə əsası Tehranda yerləşən İran aviaşirkətidir, müntəzəm daxili və beynəlxalq sərnişin daşımaları, habelə çarter reysləri üzrə ixtisaslaşıb.
Eyni zamanda, iki ölkə viza prosedurlarının, o cümlədən turist qrupları üçün qarşılıqlı sadələşdirilməsi barədə razılığa gəliblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.